Şriftin ölçüsü :

Saytın rəngi :

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir

24 noyabr 2025 | 14:31

24 noyabr 2025-ci il tarixində rayon sakinlərindən cəmi 30 ailə 144 nəfər məskunlaşdıqları ərazilərdən, o cümlədən, Bakı şəhərindən və Abşeron rayonundan köçürülən 22 ailə 106 nəfər, 6 ailə 28 nəfər məskunlaşdıqları Sumqayıt şəhərindən, 2 ailə 10 nəfər məskunlaşdıqları Sabirabad rayonundan Zəngilan rayonun Məmmədbəyli kəndinə yola salınmışdır. Beləliklə, Zəngilan rayonunun Məmmədbəyli kəndinə 70 ailə 329 nəfər köçürülmüşdür.

Ailələr məskunlaşdıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Zəngilan  Rayon İcra Hakimiyyəti başçısının nümayəndələri tərəfindən yola salınaraq, Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları tərəfindən qarşılanmış və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görülmüşdür.

Keçidlər