İnşa yazı və rəsm müsabiqəsi qalibləri ilə görüş keçirilmişdir.
30 yanvar 2023-cü il tarixdə Zəngilan rayon İcra hakimiyyəti, YAP Zəngilan rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Zəngilan rayonu üzrə sektoru tərəfindən rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilmişdir.
Tədbirdə Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov və aparatın məsul əməkdaşları, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Zəngilan rayonu üzrə sektorunun müdiri Kənan İmaməliyev, müsabiqədə qalib olan şagirdlər, qalib şagirdlərin təhsil aldıqları məktəblərin direktorları və müəllimlər iştirak etdilər.
İlk öncə Zəngilan rayon İcra hakimiyyətinin başçısı çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş danışdı. Müstəqil Azərbaycanın Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti və bu əmanəti qoruyub saxlamağın hər bir azərbaycanlının borcu olduğunu bildirdi.
Sonda müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim edildi.