Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edildi.

15 mart 2024 | 17:07

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmuşdur

Ölkə Prezidenti cənab İlham Əliyevin 11 aprel 2023-cü il tarxli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, rayon Ağsaqqallar Şurasının  sədri, uzun müddət müxtəlif vəzifələrdə çalışmış, rayonun ictimai həyatında fəal iştirak edən Xuduş İsgəndərov və Ümummilli lider Heydər Əliyev irsinin  öyrənilməsində və təbliğində fəal iştirak edən şair, publisist, yazıçılar birliyinin üzvü, rayon ziyalısı Oqtay Ələkbərov layiq görülüblər. 

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunanları təbrik edərək onlarla xatirə şəkli çəkdirdi.



Keçidlər