“Heydər Əliyev və Azərbaycan Polisi”nin yaranmasının 105-ci ildönümü münasibətilə tədbir keçirildi.
30 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Zəngilan rayon İcra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə-müəssisə rəhbərləri, qazilər, rayon ağsaqqalları, keçmiş polis əməkdaşları və ziyalılar iştirak etdilər.
Zəngilan Rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov rayonun bütün polis işçilərini bu peşə bayramı günü münasibətilə təbrik etdi, onlara çətin və şərəfli işlərində uğurlar arzuladı. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis şöbəsinin bir qrup polis əməkdaşı rayon İcra hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olundu. Tədbir musiqili proqramla davam etdi.