“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirildi.
06 may 2026-cı il tarixdə Zəngilan Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının təşkilatçılığı ilə rayonun 26 nömrəli tam orta məktəbin akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirildi.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq Hüquqları komissiyasının üzvləri, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə daxil olan bir sıra məktəblərin yuxarı sinif şagirdləri və psixoloqları iştirak etdilər. Zəngilan Rayon İcra Hakimiyyəti başçısı aparatında böyük məsləhətçi- Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gülnarə Orucova Ulu öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısından geniş məruzə ilə çıxış etmişdir.
Daha sonra məruzə ətrafinda çıxışlarla ətraflı müzakirələr aparıldı.
Sonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş film nümayiş olundu.







