Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev-Əbədiyaşar Lider” mövzusunda tədbir keçirildi.

11 dekabr 2023 | 16:01
11 dekabr 2023-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin və YAP Zəngilan Rayon Təşkilatının təşkilatçlığı ilə “Heydər Əliyev-Əbədiyaşar Lider” mövzusunda tədbir keçirildi. Tədbirdə Başçının müavini-İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov, YAP Zəngilan Rayon Təşkilatının sədri Natiq Quluzadə, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümyəndəsi Mehman Nəsirov, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin idman sektorunun müdiri Zakir Məmmədov ,təşkilatın əməkdaşları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak etdilər.
İlk öncə rayon icra hakimiyyətinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu. Sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər haqqında geniş çıxış etdilər. Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdən bəhs etdilər.
Mövzü ətrafında çıxışlardan sonra Ümummilli liderimiz, dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin həyat və faəliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
Keçidlər