Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kompaniyası” çərçivəsində “Zorakılığa susma!” adlı maarifləndirici tədbiri keçirildi.

16 dekabr 2025 | 16:08

      Zəngilan Rayon İcra Hakimiyyəti başçısı yanında  “Gender əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq və əlaqələndirmə” qrupunun təşkilatçılığı ilə 10 dekabr 2025-ci il tarixdə rayonun 28 nömrəli tam orta məktəbində Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kompaniyası çərçivəsində “Zorakılığa susma!” adlı maarifləndirici rayon tədbiri keçirildi.
       Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti aparatının İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdir  müavini-dini qurumlarla işin təşkilatçısı  Şənlik Əliyev, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Mətanət Həsənova, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektorunun müdiri Kənan İmaməliyev, Zəngilan Rayon Polis Şöbəsinin İctimai-təhlükəsizlik bölməsinin sahə rəisi, polis mayoru Anar İsmayılov, həkim-pediator Səadət Teymurova, uşaq Səfirlər Məclisinin nümayəndələri, rayonun 22 və 28  nömrəli tam orta məktəblərinin müəllimləri, psixoloqları, yuxarı sinif şagirdləri və valideynləri iştirak etdilər.

Məişət zorakılığının qarşısının alınması sahəsində keçirilən tədbirlərdə məqsəd  nəinki fiziki, həm də psixoloji, iqtisadi və sosial formada təsirinə diqqət yönəltmək, cəmiyyət olaraq gender zorakılığına qarşı mübarizə apararaq sağlam mühit yaratmaqdır.  

 

Keçidlər