“Gəlin birlikdə narkotikə yox deyək” mövzusunda tədbir keçirildi.
26 aprel 2024-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə Zəngilan rayon 28 saylı tam orta məktəbin akt zalında “Gəlin birlikdə narkotikə yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynova və Komissiyanın məsləhətçi-psixoloqu Mətanət Həsənova, Zəngilan rayon Prokurorunun böyük köməkçisi Teyyub Rəfiyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev ,Zəngilan rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru Əliyar Namazov, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Gənclər sektorunun baş məsləhətçisi Musa Hüseynov, rayonun 7, 13, 22, 24, 28 və 29 nömrəli ümumtəhsil orta məktəblərinin psixoloqları və yuxarı sinif şagirdləri iştirak etdilər.
İlk öncə Ümummili Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən natiqlər Narkomaniya ilə mübarizənin təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin hər bir vətəndaşının üzərinə düşən əsas iş olduğunu bir daha söylədi. Bu sahədə hər kəsi kompleks şəkildə mübarizə aparmağa səslədi.
Sonra isə narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən “Narkomaniyaya yox de” videoçarxı nümayiş olundu.
Sonda isə tədbir diskusiya formatda yekunlaşdı.