Şriftin ölçüsü :

Saytın rəngi :

“Gəlin birlikdə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi.

19 dekabr 2024 | 09:27

Zəngilan rayon 33 nömrəli tam orta məktəbin akt zalında 19 dekabr 2024-cü il tarixdə Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və Şərqi Zəngəzur Gənclər və İdman idarəsinin Gənclərlə iş şöbəsinin birgə təşkilatçılığı ilə “Gəlin birlikdə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbirdə Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadə, Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Mətanət Həsənova, Şərqi Zəngəzur Gənclər və İdman idarəsinin Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Musa Hüseynov, Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru polis mayoru Kəmalə Cəfərova , Zəngilam rayon 33 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri və həmin məktəbin psixoluqu Gültəkin Yusifli iştirak etdilər.

Öncə Ümummili Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edən natiqlər narkomaniya ilə mübarizənin təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin, hər bir vətəndaşının üzərinə düşən əsas iş olduğunu bir daha söylədilər. Onlar bu sahədə hər kəsi kompleks şəkildə mübarizə aparmağa səslədilər.

Sonra isə  narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən “Narkomaniyaya yox de” videoçarxı nümayiş olundu.

Tədbir diskusiya formatında yekunlaşdı.

Keçidlər