“Gəlin birlikdə həmrəy olaq narkomaniyaya yox deyək” adlı maarifləndirici rayon tədbiri keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının təşkilatçılığı ilə 13 mart 2026-cı il tarixdə rayonun 33 nömrəli tam orta məktəbində “Gəlin birlikdə həmrəy olaq narkomaniyaya yox deyək” adlı maarifləndirici rayon tədbiri keçirildi.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctima-siyasi və humanitar məsələlər sektorunun müdiri-Uşaq Hüquqları Komissiyasının sədr müavini Şənlik Əliyev, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gülnarə Orucova, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşı, polis leytenantı Eldəniz Abdullayev, həkim-pediatr Səadət Teymurova, məktəbin müəllimləri, psixoloqları və yuxarı sinif şagirdləri iştirak etdilər.
Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.
Tədbirdə çıxış edən natiqlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılar mübarizədən ətraflı məlumat verdilər.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən film nümayiş etdirildi.







