Şriftin ölçüsü :

Saytın rəngi :

“Gələcəyimiz naminə sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

10 aprel 2026 | 17:03

10 aprel 2026-cı il tarixində Zəngilan Rayon İcra Hakimiyyəti, Şərqi Zəngəzur Regional Gənclər və İdman, Şərqi Zəngəzur Regional Təhsil İdarələri və Zəngilan rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Gənclər Evində “Gələcəyimiz naminə sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Zəngilan rayon 5, 11, 14, 15, 19, 23 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə daxil olan bir sıra məktəblərin şagirdləri iştirak etdilər.

Zəngilan Rayon İcra Hakimiyyəti başçısı aparatında böyük məsləhətçi- Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gülnarə Orucova, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin əməkdaşı Musa Hüseynov, Zəngilan rayon Polis Şöbəsinin əməkdaşı Nurlan Hacıyev və ictimai fəal gənc Rübabə Məhərrəmli sağlam həyat tərzi, zərərli vərdişlər, narkomaniya və erkən nikah barədə ətraflı məlumat vermişlər.

Tədbirin sonunda videoçarx iştirakçılara nümayiş etdirilmiş və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər