“Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirildi.
22 sentyabr 2023-cü il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirildi.
Tədbirdə Zəngilan rayon İcra hakimiyyətinin başçısı və aparatın məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb direktorları, Rayon Ağsaqqalları, ictimai təşkilatların rəhbərləri, QHT rəhbərləri iştirak etdi.
Tədbir Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş nitqi ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov bildirdi ki, 20 sentyabr 1994-cü il ölkəmiz üçün tarixi bir gündür. 29 il bundan öncə ölkəmizin iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalanmışdır. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər.
Ulu Öndərin cəsarəti, uzaqgörənliyi, fədakarlığı Azərbaycanı bütün bəlalardan qoruya bildi. Ölkəmizin gələcək inkişafı ilə bağlı ciddi addımlar atılmalı idi və “Əsrin müqviləsi”nin imzalanması bu addımlar sırasında xüsusi yer tutur. O gündən bu günədək Azərbaycan sabitlik dövrü yaşayır. Azərbaycan inkişaf yolu ilə gedir. 1993-cü ildən bu günə qədər aparılan islahatlar, görülmüş işlər Azərbaycanı dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanıdır.
Sonra mövzu ətrafında Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazir Məhərrəmov və İctimai-siyasi və humanitar məsələlər şöbəsində şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev çıxış etdi.
Mövzu ətrafında çıxışlardan sonra “Əsrin müqaviləsi” filmi nümayiş olundu.