Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikah və qohumlar arasında bağlanan nikahların fəsadlarına yox deyək” adlı tədbir keçirildi

12 aprel 2023 | 14:00

12 aprel 2023-cü il tarixdə Zəngilan rayon 28 nömrəli tam orta məktəbin akt zalında Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və Zəngilan rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Erkən nikah və qohumlar arasında bağlanan nikahların fəsadlarına yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Reabilitasiya şöbəsinin Klinik uzman psixoloqu Lalə Hüseynova , Zəngilan rayon Gənclər və idman idarəsinin rəisi Zakir Məmmədov, Zəngilan rayon İcra Hakimiyyəti başçısı aparatında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisianın məsul katibi Nərmin Hüseynzadə, Zəngilan rayon İcra Hakimiyyəti başçısı aparatında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisianın psixoloqu Mətanət Həsənova, yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru polis mayoru Kəmalə Cəfərova, Zəngilan rayonunun 13,22,24,28,29 nömrəli tam orta məktəblərin 9,10,11-ci sinif şagirdləri, psixoloqları iştirak ediblər.

Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub. Bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktlar da qəbul olunub. İnsanların övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaratdığı diqqətə çatdılırıb.

“Erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildirilib ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zərurətdir”,- deyə Lalə Hüseynov vurğuluyaraq mövzu ətrafında geniş çıxış edib.

Tədbir mövzunun diskussiya forması ilə yekunlaşıb.

Keçidlər