"Erkən nikah və qohumlar arasında bağlanan nikahların fəsadları" mövzusunda maarifləndirici tədbir keçirildi.
16.04.2024-cü il tarixdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon 1 nömrəli tam orta məktəbin akt zalında Zəngilan Rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsi Gənclər sektorunun birgə təşkilatçılığı ilə "Erkən nikah və qohumlar arasında bağlanan nikahların fəsadları" mövzusunda maarifləndirici tədbir keçirildi.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Nazir Məhərrəmov tədbiri giriş sözü ilə açıq elan etdi.
Məruzə üçün Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Mətanət Həsənovaya söz verildi. Komissiyanın məsul katibi Nərmin Hüseynzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Reabilitasiya şöbəsinin Klinik uzman psixoloqu Lalə Hüseynova, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Gənclər sektorunun baş məsləhətçisi Musa Hüseynov və həkim- terapevt Bahar Musayeva mövzu ərtafında geniş və ətraflı çıxışlar etdilər.
Tədbirdə şagirdlərin aktivliyi yüksək səviyyədə idi. Uzman psixoloq Lalə Hüseynova şagirdləri maraqlandıran sualları cavablandırdı.
Tədbirin sonunda şagirdlər tərəfindən mövzu ilə bağlı anket dolduruldu.