“Erkən nikah, qohumlar arasında nikahın fəsadları və yarımçıq qalan təhsil” adlı maarifləndirici tədbir keçirildi.
18 fevral 2026-cı il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəngilan Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin, psixoloqlarının və uşaq birliyi rəhbərlərinin iştirakı ilə “Erkən nikah, qohumlar arasında nikahın fəsadları və yarımçıq qalan təhsil” adlı maarifləndirici tədbir keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Gülnarə Orucova uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması istiqamətində görülən tədbirlərdən bəhs edərək mövzu ilə bağlı ətraflı məlumat verdi. Komissiyanın üzvü Şəhla İmanzadə çıxış edərək erkən nikah və qohumlar arasında olan nikahın yarada biləcəyi ağır fəsadlardan danışdı. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İman Məmmədov öz çıxışında erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu barədə fikirlər səsləndirdi.
Daha sonra məktəb direktorları, psixoloqlar və uşaq birliyi rəhbərləri mövzu ərtafında çıxış etdilər. Tədbir diskussiya şəklində davam etdirildi.
Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırıldı.







