Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə keçirilən səyyar görüşlər davam edir
24 iyun 2022 | 15:54
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu iyun ayının 24-də Şirvan şəhərində yerləşən məcburi köçkün şəhərciyində məskunlaşan Zəngilan rayon sakinləri ilə keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.
Rayon rəhbəri sakinlərin problemlərini dinlədi. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verildi.