Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət Suverenliyimiz xalqımızın milli sərvətidir” mövzusunda ümumrayon tədbiri keçirildi.

19 sentyabr 2025 | 17:17

Sentyabr ayının 19-da Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində “Dövlət Suverenliyimiz xalqımızın milli sərvətidir” mövzusunda ümumrayon tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, məktəb direktorları və hərbi rəhbərlər, partiya fəalları, rayon ziyalıları, şəhid ailələri, qazilər, QHT-lərin yerli nümayəndələri, rayon ağsaqqalları iştirak etdi.

Tədbir  Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlandı. Dövlət himni səsləndirildi.

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov 2024-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş 20 Sentyabr – Dövlət Suverenliyi Gününün mahiyyəti ilə bağlı geniş məlumat verərək bildirdi ki, Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. Xüsusən də, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı, bir milyondan artıq soydaşımızın məcburi köçkünə çevrilməsi, şəhər və kəndlərimizin dağıdılması, Xocalı soyqırımı kimi insanlığa qarşı törədilmiş faciələrə baxmayaraq, Azərbaycan suveren dövlət olaraq mövcudluğunu qorudu və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini davam etdirdi. 2020-ci ilin payızında Vətən müharibəsindəki tarixi Qələbə ilə işğala son qoyulması və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.

Rayon rəhbərinin nitqindən sonra RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nazir Məhərrəmov mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. Daha sonra YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan MRX Publik Hüquqi şəxsin direktoru vəzifəsini müvəqqəti icra edən  Xanım Atayeva, Zəngilan rayon 8 nömrəli tam orta məktəbin tarix müəllimi Ülviyyə Məmmədova məruzə ətrafında çıxışlar edərək bu tarixi gün münasibətilə hər kəsi təbrik etdi.

Sonda Dövlət Suverenliyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Keçidlər