23 iyun-Dövlət Qulluqçularının Peşə bayramı qeyd edildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında 23 iyun- Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə tədbir keçirildi. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək əlamətdar gün münasibətilə dövlət qulluqçularını təbrik etdi. Bildirdi ki, dövlətimizin başçısının “Dövlət məmuru xalqın xidmətçisidir, vətəndaşlara ləyaqətlə xidmət etməlidir” tövsiyəsi bu gün hər bir dövlət qulluqçusunun gündəlik fəaliyyətinə rəhbərlik etməlidir. Ölkəmizdə dövlət qulluğu sadəcə, bir peşə sahəsi deyil, eyni zamanda, milli maraqlara və dövlətçilik ideyalarına xidmət edən şərəfli bir missiya olaraq qəbul edilir.
Daha sonra aparatın məsul işçiləri çıxış edərək peşə bayramı münasibəti ilə həmkarlarını təbrik etdilər və onlara bu şərəfli yolda uğurlar arzuladılar. Ölkə başçısına və rayon rəhbərinə dövlət qulluqçularına göstərilən xüsusi diqqətə görə minnətdarlıqlarını bildirdilər.







