Birinci Qarabağ müharibəsinin şəhidi Məmmədov Səyavuş Əli oğlunun il mərasimi keçirildi.
21 may 2025-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən edilmiş Zəngilan rayonunun Havalı kəndindən olan şəhid Məmmədov Səyavuş Əli oğlunun il mərasimi keçirildi.
Məmmədov Səyavuş Əli oğlunun məzarı və Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərimizin məzarları Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Hüquq - mühafizə orqanlarının rəhbər şəxsləri, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul işçiləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin iştirakı ilə ziyarət edildi. Onların ruhuna rayonun axundu dualar oxudu, məzarları üzərinə gül dəstələri düzüldü və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün Şəhidlərimizə Allahdan rəhmət dilədi.
Sonda Sumqayıt şəhərində yerləşən “Şəfa” mərasim evində şəhidin il mərasimi ilə əlaqədar ehsan verildi.