Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsinin şəhidi Məmmədov Səyavuş Əli oğlu dəfn olundu.

21 may 2024 | 16:46

21 may 2024-cü il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən edilmiş Zəngilan rayonunun Havalı kəndindən olan şəhid Məmmədov Səyavuş Əli oğlu Sumqayıt Şəhidlər Xiyabanında dəfn olundu. Dəfndə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Hüquq - mühafizə orqanlarının rəhbər şəxsləri, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul işçiləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri, idarə-müəssisə rəhbərləri, təhsil işçiləri və rayon ictimaiyyəti iştirak etdilər. Şəhid Səyavuş Məmmədovun nəşi izdihamla qarşılandı, şəhidlə vida mərasimi keçirildi, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxundu.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağını şəhidin qardaşına təhvil verdi.

Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin !

Keçidlər