Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yaşayan zəngilanlı sakinlərlə növbəti səyyar qəbul keçirildi.

06 oktyabr 2026 | 16:42

06 oktyabr 2026-cı il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Binəqədi rayonunun Sulutəpə qəsəbəsindəki 103 nömrəli tam orta məktəbdə sakinlərlə görüşdü. Vətəndaşların qayğılarını yerində öyrənmək məqsədilə təşkil olunan qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri və idarə-müəssisə rəhbərləri iştirak etdilər.

İcra başçısı çıxışında ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq aparılan sosial-iqtisadi islahatlardan bəhs etdi, işğaldan azad edilmiş Zəngilan rayonunda həyata keçirilən geniş bərpa işləri və mərhələli köç prosesi barədə məlumat verdi.

Görüşdə sakinlərin müraciətləri fərdi qaydada dinlənildi. Qaldırılan problemlərin bir qismi yerindəcə həllini tapdı, əlavə baxış tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.

Sonda sakinlər Zəngilandakı yenidənqurma işlərinə görə ölkə rəhbərliyinə, diqqət və qayğıya görə isə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər

Keçidlər