Binəqədi rayonu ərazisində məskunlaşan Zəngilan rayon sakinlərilə səyyar qəbul keçirildi
13 may 2022 | 16:52
Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü 12 may 2022-ci il tarixdə Binəqədi rayonu ərazisində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, idarə-müəssisə rəhbərləri iştirak etdi.
Səyyar qəbul zamanı çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Daha sonra sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.