“Beynəlxalq Ailə Günü” münasibətilə tədbir keçirilib.
BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il Qətnaməsinə əsasən 15 may 1994-cü ildən dünyada Beynəlxalq Ailə günü kimi qəbul olunub. Ölkəmizdə mayın 15-i “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir.
Zəngilan rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili “ çərçivəsində rayonun 33 nömrəli tam orta məktəbində və 4 nömrəli ümumorta məktəbində “Beynəlxalq Ailə Günü” münasibətilə “Ailə dəyərləri, sağlam ailə” mövzusunda silsilə tədbirlər keçirildi.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlətimizin başçı, cənab prezident İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ailəsini daima diqqət mərkəzində saxladığını xüsusilə vurğulayaraq ölkəmizdə ailə institutunun inkişafına göstərdiyi diqqət və qayğıdan danışılıb.
Tədbirdə “Beynəlxalq Ailə Günü” münasibətilə tövsiyə olaraq bukletlər paylaşılıb.