“Beynəlxalq Ailə Günü” münasibətilə tədbir keçirildi.
15 may 2026 | 17:13
15 may 2026-cı il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun 33 nömrəli tam orta məktəbinin akt zalında “Beynəlxalq Ailə Günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq Hüquqları müdafiəsi üzrə komissiyasının məsul katibi Gülnarə Orucova, komissiyanın üzvü Şəhla İmanzadə, 33 saylı tam orta məktəbin direktoru Səadət Səfquliyeva və müəllim kollektivi, məktəbin psixoloqu, valideyinlər iştirak etdilər. Tədbir iştirakçıları ilə mövzu ətrafında müzakirələr aparıldı, ailə dəyərlərindən və mədəniyyətindən bəhs edildi.
Sonda xatirə şəkili çəkdirildi.







