Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirildi.

01 oktyabr 2026 | 18:59

1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Zəngilan rayon İcra Hakimiyyətinin və rayon Ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə  tədbir keçirildi.

Tədbir  Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlandı.

Tədbiri ön sözlə Rayon Ağsaqqallar şurasının sədri Xuduş İskəndərov açaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıllara, onların sosial müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının cənab Prezident İlham Əliyev tərəfindən  davam etdirildiyini bildirdi, yaşlı nəslin nümayəndələrinin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsi istiqamətində həyata keçirilən sosial tədbirlərdən bəhs etdi.

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov Azərbaycanın milli-mənəvi dəyərləri sayılan ağsaqqalları RİH başçısı Ramiz Həsənov adından təbrik edərək onlara sağlam ömür və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə  rayonun ictimai həyatında fəal iştirakı ilə seçilən yazıçı Əli Rzaquliyevin 60 illik yubileyi münasibətilə fəxri fərman və  Rayon Ağsaqqallar şurasının üzvlüyünə qəbul edilmiş Müharibə əmək və silahlı qüvvələr veteranlarının rayon təşkilatının sədri Ənvər Qarayevə üzvülük vəsiqəsi təqdim edildi.

Çıxış edən ağsaqqallar ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərinə onlara göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.

Sonda tədbirdə iştirak edən bütün rayon ziyalıları, ağsaqqalları və qonaqlar şirniyyat masası arxasında səmimi söhbət etdilər.

Keçidlər