Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
14 noyabr 2025-ci il tarixində rayon sakinlərindən cəmi 41 ailə 110 nəfər məskunlaşdıqları ərazilərdən, o cümlədən, Bakı şəhərindən 29 ailə 79 nəfər, Abşeron rayonundan 5 ailə 13 nəfər, Sumqayıt şəhərindən 5 ailə 12 nəfər, Biləsuvar rayonundan 1 ailə 3 nəfər, Sabirabad rayonundan 1 ailə 3 nəfər Zəngilan rayonunun Ağalı kəndinə yola salınmışdır. Beləliklə, Zəngilan rayonunun Ağalı kəndinə cəmi 226 ailə 1008 nəfər köçürülmüşdür.
15 noyabr 2025-ci il tarixində isə rayon sakinlərindən cəmi 30 ailə 143 nəfər məskunlaşdıqları ərazilərdən, o cümlədən Bakı şəhərindən 14 ailə 64 nəfər, Sumqayıt şəhərindən 9 ailə 44 nəfər, Abşeron rayonundan 5 ailə 24 nəfər, Sabirabad rayonundan 2 ailə 11 nəfər Zəngilan rayonunun Məmmədbəyli kəndinə yola salınmışdır. Beləliklə, Zəngilan rayonunun Məmmədbəyli kəndinə cəmi 40 ailə 185 nəfər köçürülmüşdür.
Ailələr məskunlaşdıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Zəngilan Rayon İcra Hakimiyyəti başçısının nümayəndələri tərəfindən yola salınaraq, Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları tərəfindən qarşılanmış və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görülmüşdür.







