Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də işğaldan azad olunmuş Zəngilan rayonuna səfər etdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də işğaldan azad olunmuş Zəngilan şəhərində 12 binadan ibarət 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış oldu. Dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi.
Daha sonra Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edən ölkə rəhbərinə hər iki kənddə yaradılan şərait barədə məlumat verildi.
Kənddə yaradılmış şəraitlə tanış olandan sonra Məmmədbəyli və Ağalı kəndlərinə köçən sakinlərlə görüşən dövlətimizin başçısı bildirdi ki, bu gün başlanğıcı Zəngilan rayonunda qoyulan “Böyük Qayıdış”ın növbəti mərhələsidir. Zəngilan rayon sakinləri növbəti günlər ərzində burada tam yerləşib öz doğma dədə-baba torpağında rahat, firavan həyat yaşayacaqlar.
Sakinlərə açarların təqdim edilməsi mərasimindən sonra xatirə fotoları çəkdirildi.







