Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycanın milli memarlığının inkişafında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirildi.

13 mart 2026 | 15:15

13 mart 2026-cı il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı “Azərbaycanın milli memarlığının inkişafında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, rayon ziyalıları iştirak etdi.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.                                   

Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı “Azərbaycanın milli memarlığının inkişafında Ümummilli lider Heydər Əliyevin rolu” barədə ətraflı məlumat verdi.

Daha sonra ökəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bəndlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər ərzində Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələsindən, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə bu sahədə aparılan geniş islahatlar və irimiqyaslı layihələrin  həyata keçirilməsindən danışdı.

Ulu Öndərin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyası bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə məlumat verdi.

Giriş nitqindən sonra Zəngilan rayon 19 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Xanım Babazadə geniş məruzə ilə çıxış etdi. 

Sonda “Şəhərsalma və Memarlıq İli” nə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Keçidlər