Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zəngilan rayon şöbəsində tədbir keçirildi.
06 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zəngilan rayon şöbəsində tədbir keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri Nadir İsmayılov və rayonun veteran ziyalıları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov rayon təşkilatının sədri Əşrəf Şükürovun təşkilatdakı fəaliyyətindən ətraflı izah verdi.
Əşrəf Şükürova Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı, qiymətli hədiyyələri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəxri fərmanı və Həzi Aslanov medalı, YAP Zəngilan rayon təşkilatının fəxri fərmanı təqdim olundu.
Sonda Təşkilati məsələyə baxıldı. Qarabağ müharibəsi qazisi Ənvər Qarayev təşkilatın yeni sədri seçildi.