Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü və peşə bayramı qeyd edildi
02 iyul 2026-cı il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində “2 iyul- Azərbaycan Polisi Günü” ilə əlaqədar rayon tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Zəngilan rayon Polis şöbəsinin rəisi Bəkir Cabbarov, Polis şöbəsinin əməkdaşları, YAP Zəngilan rayon təşkilatı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, rayon ziyalıları, keçmiş polis əməkdaşları iştirak etdilər.
İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.
Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsilə başlandı.
Zəngilan Rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov ötən 108 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolunda yaratdığı dəyərli ənənələrdə, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığını vurğlayaraq işğaldan azad edilmiş rayon ərazisində polis əməkdaşlarının mövcud vəziyyətə uyğunlaşdığını, asayişin və təhlükəsizliyin təmin edilməsində etibarlı xidmətin böyük əzm və peşakarlıqla davam etdirildiyini vurğulayaraq onlara çətin və şərəfli işlərində uğurlar arzuladı.
Zəngilan rayon Polis şöbəsinin rəisi polis polkovniki Bəkir Cabbarov polis işçilərini təbrik edərək polisin xidmətləri barədə məruzə ilə, DİN-nin Polis Akademiyasının müəllimi, ehtiyatda olan polis polkovnik leytenantı Bərxudar Şıxəliyev, Zəngilan rayon Polis Şöbəsinin Veteranlar Şurasının üzvü, istefada olan polis polkovnik leytenantı Osman Vəliyev məruzə ətrafında çıxış etdilər. Daha sonra Milli Məclisin deputatı İmamverdi İsmayılovda öz çıxışı ilə polis əməkdaşlarını təbrik etdi.
Tədbir xüsusi xidmətləri olan bir qrup rayon polis şöbəsinin əməkdaşlarına fəxri fərmanların təqdim olunması ilə başa çatdı.







