Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri şəhidi Rəşid Baxşəliyevin və Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərimizin məzarları ziyarət olundu.

11 aprel 2025 | 10:35

11 aprel 2025-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə birinci və ikinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi yad edildi.

Aprel döyüşləri şəhidi Baxşəliyev Rəşid Əliağa oğlunun məzarı və Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərimizin məzarları Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov , YAP Zəngilan rayon təşkilatı, aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələrinin iştirakı ilə ziyarət edildi. Onların ruhuna rayonun axundu dualar oxudu və məzarları üzərinə gül dəstələri düzüldü. 

Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Keçidlər