“Ağ ölüm”ə qarşı mübarizə üzrə maarifləndirici tədbiri keçirilib
05 may 2023-cü il tarixində Zəngilan rayon 15 nömrəli məktəbin akt zalında Zəngilan rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının və Zəngilan rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya birlikdə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə : Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri narkomaniya üzrə ekspert-araşdırmaçı Emil Maqalov,
Zəngilan rayon İcra Hakimiyyəti başçısı aparatında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisianın məsul katibi Nərmin Hüseynzadə,
Zəngilan rayon İcra Hakimiyyəti başçısı aparatında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisianın psixoloqu Mətanət Həsənova,
Zəngilan rayon Gənclər və idman idarəsinin rəisi Zakir Məmmədov,
Zəngilan rayon Polis şöbəsinin Polis mayoru Yavər Museyibov
Zəngilan rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının katibi Elnurə Kərimova,
Zəngilan rayon 15, 14, 5, 23,19,11 nömrəli məktəbin 9-10-11-ci sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Narkomaniya insanları tədricən məhv edir, ölümə sürükləyir.
Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda isə narkomaniya müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə, ümumbəşəri bəlaya çevrilib. Digər tərəfdən, narkotik maddələrin qanunsuz dövriyyəsi gəlir əldə etmək üçün başlıca vasitə olub.
Narkotik maddələr – tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir”,- deyə Emil Maqalov vurğuluyaraq mövzu ətrafında geniş çıxış edib.
Tədbirdə çıxış edən digər natiqlər də Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törətməsindən, Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olmasından, Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaratmasından, Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olmasından danışıblar.
Tədbir mövzunun diskussiya forması ilə yekunlaşıb.