Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonu, Saray qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə səyyar görüş keçirildi.

01 noyabr 2022 | 16:55

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılaraq, həll olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Zəngilan Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini  təşkil edir.

Səyyar qəbul qrafikinə əsasən, RİH başçısının növbəti səyyar görüşü  01 noyabr 2022-ci il tarixində  Abşeron  rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 nömrəli tam orta məktəbin akt zalında keçirildi.  RİH başçısı Ramiz Həsənov sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyərək, qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağını bildirdi.

Sakinlər daim diqqət və qayğı ilə əhatə olunduqları üçün ölkə rəhbərinə minnətdarlığını bildirdilər.

 

Keçidlər