Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində məskunlaşan rayon sakinləri ilə səyyar görüş keçirildi
Zəngilan RİH başçısı tərəfindən davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün müvafiq tədbirlər görülür.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu 11 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi, 5 saylı tam orta məktəbin akt zalında keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.
Sakinlər azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də daima əhaliyə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.