Şriftin ölçüsü :

Saytın rəngi :

BMT səlahiyyətlisinin məcburi köçkünlərimizlə görüşü

23 may 2014 | 15:00

Ölkəmizdə səfərdə olan BMT-nin İnsan  Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə məruzəçisi Çaloka Beyani və Mariya Ev Fredrix 22 may 2014-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinə səfər etmişdir.
Səfər zamanı Ç.Beyani ərazidəki Zəngilan rayon 33 nömrəli tam orta məktəbdə, rayon tarix diyarşünaslıq muzeyində, “ Şəfəq” körpələr evi-uşaq bağçasında olmuş, ərazidə yaşayan zəngilanlı məcburi köçkün Elnur Piriyevin ailəsi ilə görüşmüş, çay süfrəsinə qonaq olmuşdur.
Daha sonra Ç.Beyani ərazidə yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasına gələrək başçının iş otağında dəyirmi masa arxasında söhbət aparmışdır.
Görüş təxminən 2 saat davam etmişdir.Ç. Beyani görüşündən razı qaldığını bildirmişdir.

Keçidlər