Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilanlı gənclər “Heydər zirvəsi”ndə!

15 may 2014 | 15:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşəbbüsü ilə  may ayının 3-dən 11-dək Şahdağ Milli Parkının ərazisində  yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüşlər təşkil olunmuşdur.
İlk dəfə 1998-ci ildə Sarıdan Mursaqulovun başçilıq etdiyi bir qrup Azərbaycan alpinisti “Qızıl Qaya” massivinin 3751 metr hündürlüyə malik zirvəsinə yürüş etmiş və məhz o zirvəyə Ümumilli Liderin şərəfinə Heydər Əliyevin adı verilmişdir. Həmin ildən başlayaraq hər il Ulu Öndərin doğum günü ərəfəsində "Heydər zirvəsi"nə yürüş ənənəvi xarakter daşımışdır.
Yürüşdə zəngilanlı gənclərində iştirak etmək istəyində olduğunu nəzərə alan Gənclər və İdman idarəsi təşkilat komitəsinə müraciət ünvanlayaraq may ayının 9-11 tarixlərində Zəngilan komandasını Qusar rayonuna ezam etmişdir. İdmançılarımız may ayının 10-da saat 7-də  digər iştirakçılarla birlikdə Xınalıq kəndindən zirvənin fəth olunması üçün yürüşə başlamış,  həmin gün saat 16-da  “Heydər zirvəsi”nə çatmışlar.
Komandamız Ümummilli liderə zəngilanlıların böyük ehtiramının əlaməti kimi Azərbaycan bayrağını və Zəngilan yazılan trafareti zirvədə dalğalandırmışlar.

Keçidlər