Şriftin ölçüsü :

Saytın rəngi :

Qalib döyüşçülər hörmət və ehtirama layiqdirlər

09 may 2014 | 15:00

Ötən hər il bizi faşizm üzərində tarixi qələbədən uzaqlaşdırsa da,  əvəzində informasiya texnologiyalarının sürətli inkişafı sayəsində həmin dövr haqqında getdikcə daha dolğun və yeni məlumatlar üzə çıxır.Bununla belə, geri dönüşü mümkün olmayan itkilər də göz qabağındadır: 1945-ci ilin 9 May gününün qalib əsgərlərinin sırası ildən-ilə seyrəlir. Əgər 5 il bundan öncə rayonumuzda onların sayı 39 nəfər idisə, qələbənin builki ildönümündə zəfər gününü qeyd etmək yalnız 11 nəfər zəngilanlı müharibə veteranlarına nəsib oldu...
Alman faşizminə qarşı ağır döyüşlərdən keçən müharibə veteranlarına Sovetlər Birliyi dağıldıqdan sonra göstərilən ögey münasibətin ulu öndər Heydər Əliyev tərəfindən aradan qaldırılması, onların imtiyazlarının özlərinə qaytarılması, respublikamızda 9 May gününün dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunması ədalətin bərpası kimi, alqınlaşmağa layiq, çox uzaqgörən, müdrik siyasət idi.
Bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir, müharibə veteranlarının imtiyazları, təqaüdləri və onlara göstərilən qayğılar durmadan artırılır.
Rayonumuzda da 1941-1945-ci illər savaşında qazanılmış qələbənin hər bir ildönümü müharibə veteranlarına , onların tarixi xidmətlərinə hörmət və ehtiram günü kimi qeyd edilir. Qələbənin 69-cu ildönümü ərəfəsində də bu ənənəyə sadiqlik göstərildi.
Rayon İcra hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun tapşırığı ilə, yaşları və sağlamlıq durumları nəzərə alınaraq, RİH-nin məsul işçiləri rayonun müharibə veteranlarının məskunlaşdıqları yerlərə getmiş, onlarla şəxsən görüşmüş, rayon rəhbərinin salamlarını, xoş arzularını çatdırmış və maliyyə yardımı göstərmişlər.
Bu diqqət və qayğı veteranlar tərəfindən böyük razılıq hissilə qarşılanmış, onlar da öz növbəsində həssas münasibətə görə rayon rəhbərliyinə minnətdarlıq etmişlər.
Şəkildə: müharibə veteranı Əfsər Əzimov  ziyarət olunarkən.

Keçidlər