Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş kitab bayramı

18 may 2014 | 15:00

Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon mədəniyyət turizm şöbəsi və mərkəzləşdirilmiş kitabxana sistemi birlikdə Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış massivində Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi ilə bağlı may ayının 17-də kitab bayramı keçirildi.
Rayon icra hakimiyyəti başçısının müavini Nizami Mönsümov tədbirdə çıxış edərək çoxsaylı fakt və hadisələri diqqətə çatdırmaqla ulu öndər Heydər Əliyevin kitaba verdiyi yüksək dəyər, Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana sisteminin yaradılması, bu sahədə əhaliyə xidmətin yaxşılaşdırılması, kadr potensialının möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri, xalqımızın əbədiyaşar oğlunun işinin Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən geniş vüsətlə davam etdirilməsindən danışdı.
Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi ilə bağlı keçirilən tədbirdə rayon tarix diyarşünaslıq muzeyi tərəfindən rayonu əks etdirən əl işlərindən ibarət sərgi və mərkəzi kitabxana tərəfindən kitab sərgisi təşkil olunmuşdu.
Rayon yazarları Hacı Seyid Miriş Bərgüşadlı, Mahir Cavadlı, Oktay Zəngilanlı , Akif Kərimli, Alı Əliyev, Çərkəz Nəsirli, Tarverdi  Abbasov və digərlərinin iştirakı ilə keçirilən tədbirdə O. Zəngilanlı və M. Cavadlı tədbirdə çıxış etdilər.
Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar təşkil olunan kitab bayramında rayon mədəniyyət evinin “Süsən” İnstrumental ansamblının müşaiyəti ilə tanınmış müğənnilər Tural Salmanov, Nərgiz Mehdiyeva, Məlahət Zəngilanlı, Elvin Qurbanov, Səlimə Məmmədova, “Favorit” qrupu muğam, mahnı və musiqi nömrələri ilə iştirakçılarda xoş ovqat yaratdılar.

Keçidlər