Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərin yaradıcılıq müsabiqəsi

13 may 2014 | 15:00

12 may 2014-cü il tarixdə Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış massivinin mədəniyyət klubunda rəsm, şeir ifaçılığı və musiqi nominasiyaları üzrə Zəngilan rayon məktəblilərinin yaradıcılıq müsabiqəsi keçirilmişdir. Müsabiqədə 18 məktəbdən 65 yeniyetmə və gənc qalib adı uğrunda mübarizə aparmışdır. Gərgin və maraqlı mübarizə şəraitində keçən müsabiqədə daha yüksək bacarıq və istedad nümayiş etdirən  iştirakçılar münsiflər heyətinin üzvləri tərəfindən  qalib elan olunmuşdular. Beləliklə ayrı-ayrı nominasiyalar üzrə qaliblər aşağıdakı kimi sıralanmışdır.
Rəsm nominasiyası:
I  yer  Mikayılzadə Günel-5 №li  məktəb
II  yer  Səfərli Ayxan-26 № li məktəb
III  yer  Vəliyeva Fidan-33 № li məktəb
III  yer  İxtiyarov Rəsul-21 № li məktəb
Şeir ifaçılığl nominasiyası:
I   yer  Adışova Nübar-36 № li məktəb
II  yer   Məmmədova Nərgiz-26 № li məktəb
III  yer   Niftəliyeva Aytən-5 № li məktəb
III  yer    Hüseyinova Pünhan-20 № li məktəb
Musiqi nominasiyası:
I   yer  Ağayeva Aytac-29 № li məktəb
II  yer  Allahverdiyev Tunar -10 № li məktəb
III  yer  Yolçuyeva Aysun -28 № li məktəb
III  yer  İsgəndərov İlkin -5 № li məktəb
Sonda qaliblər Gənclər və İdman idarəsinin fəxri fərman və hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər