Şriftin ölçüsü :

Saytın rəngi :

El ağbirçəyini ziyarət etdilər

06 may 2014 | 15:00

Məmmədova Sərfinaz Əmrah qızı 1929- cu ilin mart ayında Zəngilan rayonunun Ağalı kəndində anadan olub. Uzun müddət doğma təsərrüfatda kolxozçu işləyib. Əmək veteranıdır. Hal-hazırda məcburi köçkün kimi Sumqayıt şəhəri Hacı Z. Tağıyev qəsəbəsində məskunlaşıb.
50 illik əmək fəaliyyəti və 85 yaşının tamam olması münasibətilə bu günlər Zəngilan RİHB-nin Ağalı kənd inzibati dairəsi üzrə nümayəndəsi M. Səmədov və müavini R. Rüstəmov el ağbirçəyinin məskunlaşdığı  yaşayış sahəsinə getmiş, keçdiyi şərəfli ömür, zəhmət yoluna görə ona hörmət və ehtiramlarını , xoş arzularını bildirmiş, yubileyini qeyd etmişlər.
Şəkildə: el ağbirçəyinin ailəsində görüş zamanı.

Keçidlər