Şriftin ölçüsü :

Saytın rəngi :

Tibbi müayinə başa çatdırıldı

02 may 2014 | 15:00

Dövlət başçısının göstərişinə əsasən fevral ayından ölkəmizdə başlanan əhalinin kütləvi tibbi müayinəsinə yekun vurulmuşdur.
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da bu kampaniya nəzərdə tutulan müddətdə tamamlanmışdır.
May ayının 1-dək rayon üzrə 31,144 nəfər rayonumuzun həkimləri tərəfindən tibbi müayinədən keçirilmiş, onlardan 1,309 nəfəri ambulator mualicəyə cəlb olunmuşdur.
Sağlamlığı daha problemli görünən 28 nəfərin 7-si Klinik Tibbi Mərkəzə, 6-sı M.Qasımov adına Respublika Klinik xəstəxanasına, 5-i Akademik Z. Əliyeva adına oftalmalogiya xəstəxanasına, 2-si talasemiya mərkəzinə,2-si travmotalogiya və ortopediya institutuna, 2-si milli onkologiya mərkəzinə, 4 nəfər isə müvafiq olaraq kardiologiya institutuna, Akademik Cavadzadə adına urololgiya mərkəzinə,3 saylı klinik xəstəxanaya və əlilləri bərpa mərkəzinə göndərilmişdir.

Keçidlər