Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş Əlavələrə uyğun olaraq son bir neçə ildə 2400-dən çox zəngilanlı məcburi köçkün ailəyə yeni mənzillər verilmiş, 110 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Ölkə başçısının qayğısı, Dövlətqaçqınkomun təşkilatçılığı ilə 2014-cü ildə də didərgin əhalinin yeni mənzillərə köçürülməsi davam etdirilir. Gəncə şəhərində məskunlaşan 16 zəngilanlı ailə yeni ilin ilk rübündə çoxdan arzusunda olduğu abad mənzillərə köçürülmüşdür. Bakı şəhərində isə 23 zəngilanlı məcburi köçkün ailəyə Mehdiabad qəsəbəsində inşa olunmuş çoxmərtəbəli binalarda yeni mənzillər verilmişdir.
Məcburi köçkün ailələr şəhərə yaxın ərazilərdə salınmış, müasir tələblər səviyyəsində tikilən,daxili zəruri məişət avadanlıqları ilə təchiz edilən yeni mənzillərə sevinc hissilə köçərək, ölkə başçısına, bu işdə əməyi olanlar razılıq və minnətdarlıqlarını bildirirlər.