Şriftin ölçüsü :

Saytın rəngi :

Vəzifələr müzakirə edilmişdir

19 aprel 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin sədrliyi ilə aprel ayının 13-də  keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında ölkə başçısının nitqi və qarşıda duran vəzifələr Zəngilan Rayon Icra  Hakimiyyətində geniş müzakirə edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Həsənovun məruzəsində qeyd olunmuşdur ki, ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtiadi siyasət nəticəsində ilin I rübündə bütün sahələrdə inkişaf davam etmiş, bütövlükdə iqtisadiyyat 2,5 faiz, qeyri-neft sektoru 8,8 faiz, kənd təsərrüfatı 3,0 faiz , əhalinin pul gəlirləri 4,5 faiz artmış, strateji valyuta ehtiyatlarımız 53 milyard dollara çatmış, əhalinin pul gəlirləri infilyasiyanı 2 dəfə  üstələmiş  və digər çoxsaylı uğurlu göstəricilər qazanılmışdır. Dövlət Proqramı əsasında 20 mindən çox məcburi köçkün əhaliyə yeni mənzillər verilmişdir.
Öz işini dövlət başçısının tələblərinə uyğun qurmağa çalışan rayon icra hakimiyyəti  rüb ərzində 46 şəhər və rayonda məskunlaşmış 39815 nəfər əhalini əhatə edən 1 şəhər, 5 qəsəbə ,16 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, eləcə də idarə, müəssisə, təşkilatların  işinə nəzarət etmiş, müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsini və ictimai-siyasi sabitliyi diqqət mərkəzində saxlamışdır. Bütün bunların nəticəsi olaraq 2013-cü ilin I-ci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi artaraq 134,8 manat təşkil etmiş, kənd təsərrüfatında 3,8 faiz, iribuynuzlu mal-qaranın, qoyun-keçilərin, ev quşlarının, ət, süd, yumurta istehsalında artım qeydə alınmış, əhalinin gəlirləri hesabına orta aylıq nominal əmək haqqı yüksəlmiş,sahibkarlığın dəstəklənməsi istiqamətində geniş iş aparılmış, 50 daimi iş yeri açılmışdır.
Rayon üzrə 5230 nəfər pensiyaçıya xidmət göstərilmiş, rüb ərzində 2892,7 min manat pensiya, 30,3 min manat xəstəliklə bağlı müavinət ödənilmiş, ölkə başçısının Sərəncamı əsasında 5217 nəfərin pensiyaları artırılmış, 97 ailəyə (375 ailə üzvünə) ünvanlı sosial yardım təyin edilmiş, hər bir ailə üçün ünvanlı sosial yardımın məbləği 114 manat təşkil etmiş, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına uyğun olaraq müharibə əlillərinin sosial müdafıəsinə xidmət edən bu tədbir nəticəsində 1283 nəfər məcburi köçkünün təqaüd və müavinətləri artırılmışdır.  
Cari ilin I rübündə Xətai rayonunun neft-yağ zavodunun ərazisindən, Səbail rayonunun Bayıl qəsəbəsi,Neft Şirkətinin ərazisindən, Gəncə şəhəri Kəpəz rayonunun ərazisindən və digər məskunlaşma yerlərindən 39 ailənin (160 nəfər) yaşayış şəraitləri Dövlət Proqramına uyğun olaraq yaxşılaşdırılaraq yeni mənzillərə köçürülmüş, ümumilikdə hal-hazıradək 2500-ə yaxın məcburi köçkün ailələrimizin mənzil problemləri həll edilmişdir.
2014-cü ilin I rübündə tədris ilinin davamı olaraq rayonda 36 ümumtəhsil məktəbi və 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Məktəblərdə cari ilin birinci rübündə təlimdə 98,6% mənimsəmə qeydə alınmışdır.Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində məktəblərdə geniş tədbirlər planı hazırlanmış, H. Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa müsabiqəsi keçirilmiş, Heydər Əliyev Mərkəzində bu istiqamətdə aparılan tədbirlərdə iştirak edən şagirdlərimizdən 7 nömrəli  tam orta məktəbin IX sinif şagirdi İlahə Hüseynova Respublika mərhələsində iştirak etmək hüququ qazanaraq 4-cü yeri tutmuşdur.
Gənclər və İdman  idarəsində cari ilin I rübü ərzində gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq, idman və digər sahələrdə olan imkanlarının  üzə çıxarılması, vətənpərvərlik tərbiyəsinin formalaşması, fiziki sağlamlıqlarının idmanın müxtəlif növləri ilə möhkəmləndirilməsi məsələlərinə diqqət artırılmış, rayon icra hakimiyyətinin təşəbbüsü ilə həm rayon miqyasında, həm də kənarda tədbirlərin keçirilməsi təşkil edilmiş, müxtəlif hərbi-idman və turizm tədbirlərinin, musiqi müsabiqəsi və intellekt oyunlarının keçirilməsində, gənclərimizin idmanın müxtəlif növləri üzrə 21 medalın qazanılmasında və bu tədbirlərdə 500 nəfərə yaxın gənclərin iştirak etmələrində təşkilatçılıq nümayiş etdirilmişdir.
Mərkəzi rayon xəstəxanasının poliklinikası və Sabirabad rayonunun ərazisindəki feldşer tibb məntəqəsində cari ilin I rübü ərzində məcburi köçkün sakinlərin tibbi problemləri ilə 28 tibb işçisi məşğul olmuş, 159 nəfər şəkər xəstəsinə tibbi xidmət göstərilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin 17 fevral 2014-cü il tarixli tapşırığı ilə əhalinin kütləvi şəkildə pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı rayon icra hakimiyyəti başçısı yanında Şuranın 2 dəfə geniş iclası keçirilmiş, məcburi köçkün əhalimizin verilən müddət ərzində mütəşəkkil olaraq tam tibbi müayinədən keçirilməsi üçün mərkəzi rayon xəstəxanasının rəhbərliyinə və müvafiq yerli qurumlara tapşırıqlar verilmiş, operativ məlumatların Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ötürülməsi təmin edilmişdir.
2014-cü ilin aprel ayının 1-dək  rayon üzrə 17881 nəfər məcburi köçkün tibbi müayinədən keçirilmiş, bu  işin cari ilin may ayında başa çatması üçün lazımi tədbirlər görülür.
Cari ilin 1-ci rübü ərzində rayon icra hakimiyyətinə vətəndaşlardan ötən ilin eyni dövrü ilə müqayisədə 158 müraciət az olmaqla 171 ərizə daxil olmuşdur.
Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmış, müraciətlərin, torpaq və mənzil istisna olmaqla, əsasən 91 faizi müsbət həll edilmişdir.
2014-cü ilin 1-ci rübündə səyyar görüş-qəbulların keçirilməsinə diqqət artırılmış, müxtəlif kütləvi məskunlaşma yerlərində 11 səyyar görüş keçirilmiş, bu görüşlərdə 430 nəfər iştirak etmiş, 20 müxtəlif xarakterli müraciət səslənmişdir ki, onlardan 14 müraciət müsbət həll edilmiş, 3 məsələ barədə müvafiq tədbir görülmüş, digər 3 məsələnin həlli  təşkilatlar qarşısında qaldırılmışdır.
RİAİS proqramı vasitəsi ilə mərkəzi  serverə göndərilən səlnamədə göstərildiyi kimi, tarixi günlər və anım mərasimləri ilə bağlı tədbirlərin keçirilməsi I rübdə  diqqət mərkəzində olmuş, səyyar qəbul görüşlərin və ümumilikdə görülən işlərin rayona aid saytlar və “Zəngilanın səsi” rayon  qəzeti vasitəsi ilə əhaliyə çatdırılması  təmin edilmişdir.
Rüb ərzində rayon icra hakimiyyətinin başçısı tərəfindən 177 nəfər aparatda qəbul edilmiş, qaldırılan məsələlərin həllinə əsasən nail olunmuşdur.
Bu dövrdə icra hakimiyyəti başçısının Xeyriyyə Fondundan 117  nəfər məcburi köçkünə maddi cəhətdən köməklik edilmişdir.
Hər il olduğu kimi, cari ilin yaz mövsümündə də məcburi köçkünlərin məskunlaşdıqları Sabirabad rayonu ərazisində, Pirşağıdakı yeni qəsəbənin daxilində, kütləvi məskunlaşma yerlərində, fəaliyyətdə olan məktəblərin həyətlərində, rayonun yeni inzibati mərkəzinin yerləşdiyi yeni ərazidə ağac əkini aparılmış, iməciliklər keçirilmişdir.
Məruzə ətrafında müzakirələrdə rayon təhsil şöbəsinin müdiri Z.İbrahimov, mərkəzi rayon xəstəxanasının baş həkimi E. Babayev, Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə M.Rəhimov, rayon vergilər şöbəsinin müdiri C.Quliyev çıxış etmişlər.
Müzakirəyə rayon icra hakimiyyətinin başçısı cənab R. Həsənov yekun vuraraq həlli zəruri olan bir sıra mühüm məsələləri diqqətə çatdırmış, əmin olduğunu bildirmişdir ki, həmişə olduğu kimi, zəngilanlılar qarşıdakı dövrdə də ölkə başçısının irəli sürdüyü tələblər səviyyəsində çalışaraq ümumi işə öz layiqli töhfələrini verəcəklər.
Müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul olunmuşdur.

Keçidlər