Şriftin ölçüsü :

Saytın rəngi :

Dərin minnətdarlıq hissilə

02 aprel 2014 | 15:00

Yurd-yuvasından didərgin düşmüş insanların qayğılarını həmişə diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı “ və ona edilmiş Əlavələrə uyğun olaraq ötən ilin yazında mühüm bir layihə öz müsbət həllini tapdı. Masazır qəsəbəsində “Duzlu göl” deyilən ərazinin cənub hissəsində tikintisinə 2012-ci ilin əvvəllərində başlanan yaşayış massivi bir ildən də az müddətdə yüksək keyfiyyətlə inşa edilərək istifadə üçün tam hazır vəziyyətə gətirildi.
2013-cü ilin aprel ayının 1- də ölkə başçısı cənab  İlham Əliyevin bu şəhərciyin açılışında iştirak etməsi nəinki burada məskunlaşan 760 ailə, eləcə də məcburi köçkün həyatı yaşayan bütün zəngilanlılar üçün unudulmaz hadisəyə çevrildi.
Bir ildir ki, digər rayonların didərgin əhalisi ilə yanaşı, zəngilanlı məcburi köçkünlər yaraşıqlı , hərtərəfli təminat və təchizatı olan bu yaşayış massivində rahatlıq tapmışlar.Burada Zəngilan Rayon İcra Hakimiyyəti üçün inzibati bina, 540 yerlik məktəb, 280 yerlik uçaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi, ATS, ticarət sahəsi inşa edilməsi, su, elektrik qaz təchizatının Abşeron rayonunun ümumi sisteminə qoşulması məcburi köçkün əhalimizin yaşayış və iş şəraitində yaxşı mənada köklü dəyişikliklərə səbəb olmuş, böyük razılıq, minnətdarlıq hissi doğurmuşdur.
Odur ki, bu əlamətdar hadisənin ildönümü münasibətilə 2014-cü il aprel ayının 1- də rayonun idarə-müəssisə rəhbərlərinin, icra və ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, dəvət olunmuş qonaqların iştirakı ilə geniş tədbir keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov tədbirdə nitq söyləyərək qaçqın-məcburi köçkün qayğılarını özünün 1 nömrəli problemi adlandıran ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı, eləcə də didərgin əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyü saya-qədərə gəlməz işlərdən, nəcib əməllərdən danışılmışdır. Sonra rayon rəhbəri bu kursun möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini son illər həyata keçirilmiş çoxsaylı quruculuq işlərinin, faktların timsalında diqqətə çatdırılmış, məhz bütün bunlara görə məcburi köçkün əhalinin, eləcə də zəngilanlıların daim Heydər Əliyev ideyalarına sadiq olacaqlarını və prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklərini, bu sadiqliyin dönməz, əbədi olduğunu bildirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru Vəli Əliyev çıxış edərək belə bir tədbirə dəvət olunduğu üçün minnətdarlığını bildirmiş, zəngilanla, onun müdrik insanları ilə bağlı xatirələrini danışmışdır.Görkəmli alim Heydər Əliyev yoluna, ölkə başçısı möhtərəm İlham Əliyevə, dövlətə, dövlətçiliyə sədaqətlərinə görə Zəngilan ziyalılarına , bütün əhalisinə təşəkkür etmişdir. Natiq məcburi köçkünlərin  həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının verdiyi tapşırıqları yüksək məsuliyyət hissilə yerinə yetirən Baş Nazirin müavini, Dövlətqaçqınkomun sədri cənab Əli Həsənovun xidmətlərini xüsusi olaraq vurğulamış,  çox qısa zaman kəsiyində göstərdiyi qayğılar və gördüyü işlərlə Zəngilan əhalisinin rəğbətini qazanan RİH-nin başçısı cənab Ramiz Həsənova bundan sonra da uğurlu fəaliyyət arzulamışdır.
Ölkə başçısı İlham Əliyev cənablarının iştirakı ilə yeni yaşayış massivinin  məcburi köçkünlərin istifadəsinə verilməsinin ildönümü ilə əlaqədar keçirilən tədbirdə YAP rayon təşkilatının sədri Ə.Hüseynov, rayon ağsaqqallar şurasının sədri X.İsgəndərov, rayon ziyalısı R. Mustafayeva, əhalinin sosial müdafiə mərkəzinin direktoru H. Ələkbərov çıxış etmişdir.
Əlamətdar tədbirin sonunda rayon ƏSMM direktoru Həsən Ələkbərova 60 illik yubileyi münasibətilə rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Keçidlər