Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz şənliyi keçirildi!

21 mart 2014 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyəti Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində ilk Novruz şənliyi keçirilmişdir.
Rayon Mədəniyyət və Turizm şöbəsinin səyinin bəhrəsi olaraq milli bayramımızın rəmzləri ilə al-əlvan bəzədilmiş şənlik meydanına toplaşan məcburi köçkünlərə və tədbirin qonaqlarına öncə ərazidə Səyavuş Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərən “Araz” idman klubunun yeniyetmə idmançılarının nümunəvi çıxışları təqdim olunmuş, kəndirbazlar, gənc güləş ustaları bacarıqlarını nümayiş etdirmişlər.
Sonra Çərşənbə-Novruzların atributları olan Kosa, Keçəl, Bahar Qızın iştirakı ilə musiqili bayram proqramı başlanmışdır. Respublikanın, eləcə də rayonumuzun tanınmış müğənniləri İlkin Əhmədov, Manaf Ağayev, Arzu Mələk, Vəsilə İbrahimova, Tural Salmanov, Nərgiz Mehdiyeva , Aşıq Zülfiyyə  və digərlərinin ifaları 2 saatdan artıq davam edən Novruz şənliyinə toplaşanların sürəkli alqışları ilə qarşılanmışdır.
Rəngbərəng məzmunlu səhnəciklərlə, çıxış, ifa və nəhayət bayram tonqalı ilə iştirakçılara unudulmaz anlar yaşadan Novruz şənliyində rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclis aparatında sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, Milli Məclisin üzvü İmamverdi İsmayılov və digər rəsmi şəxslər iştirak etmişlər.

Keçidlər