Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

05 noyabr 2025 | 11:57

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirildi.

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektor müdiri, rayonun tam orta məktəblərinin kollektivi iştirak etdi.

Aksiyada Vətən Müharibəsi şəhidlərinin xatirəsinə müxtəlif növ ağaclar əkildi.

Ağacəkmə aksiyası növbəti günlərdə də davam etdiriləcəkdir.

 

Keçidlər