8 noyabr - Zəfər günü münasibəti ilə tədbir keçirildi
Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 07 noyabr 2026-cı il tarixində Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən rayon Mədəniyyət evində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər Tariximiz” adlı tədbir keçirilib.
Bayram tədbirində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları, idarə və müəssisə rəhbərləri, partiya fəalları, rayon ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər, QHT-lərin yerli nümayəndələri və rayon ağsaqqalları iştirak ediblər.
İlk olaraq Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra tədbir şanlı Zəfərimizə həsr olunmuş konsert proqramı ilə davam etdirilib.
Hər kəsdə böyük qürur hissi doğuran “Şuşa, sən azadsan!” adlı qısametrajlı videoçarxın nümayişi ilə tədbirə yekun vurulub.







