Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər günü münasibəti ilə “Şanlı Zəfər Tariximiz” adlı tədbir keçirildi

07 noyabr 2025 | 17:14

Zəngilan Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə 8 noyabr - Zəfər günü münasibəti ilə Şanlı Zəfər Tariximiz adlı tədbir keçirildi. Bayram tədbirində  Zəngilan RİH başçısı, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, partiya fəalları, rayon ziyalıları, şəhid ailələri, qazilər, QHT-lərin yerli nümayəndələri və rayon ağsaqqalları iştirak etdilər.

İlk olaraq Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyularaq, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.

Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov çıxış edərək bu şanlı qələbə münasibətilə hər kəsi, xüsusilə şəhid ailələrini, qazilərimizi təbrik etdi.    Bildirdi ki, hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular.

Tədbir bədii hissə ilə davam etdirildi. Sonda hər kəsi qürurlandıran  “Şuşa, Sən Azadsan!” adlı qısametrajlı  video çarx nümayiş olundu.

Keçidlər