Ulu öndərin irsi öyrənilir
Xalqımızın ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının mühüm tərkib hissəsi hesab edilir. Bu sahədə yeni tədris ilində respublikamızın təhsil müəssisələrində başlanan məqsədyönlü təşkilatçılıq tədbirləri rayonumuzun ümumtəhsil məktəblərində də geniş vüsət almaqdadır.
Son iki ayda Sumqayıt şəhərində yerləşən Zəngilan rayonunun 6 tam orta məktəbinin XI sinif şagirdləri Heydər Əliyev mərkəzində ulu öndərin irsinin öyrənilməsi dərslərinə cəlb olunmuşlar.
Bu dövr ərzində rayonumuzun 36 tam orta məktəbindən 18-nin 227 nəfər XI sinif şagirdi Heydər Əliyev mərkəzlərində təşkil olunan dərslərdə iştirak etmişdir.
Rayonun ümumtəhsil məktəblərinin Heydər Əliyev dərslərində iştirakı tərtib olunmuş qrafik üzrə aparılır. May ayınadək tam orta məktəblərin son siniflərinin bütün şagirdlərinin bu vətənpərvərlik dərslərində iştirakı təmin olunacaqdır.
Şəkildə: məktəblilərimiz Heydər Əliyev Mərkəzində keçirilən dərslərdə iştirak edərkən.