Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Günü münasibətilə

07 fevral 2014 | 16:00

06 fevral 2014-cü il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində Zəngilan Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər Günü”nə həsr olunmuş tədbir keçirildi. 200 nəfərə yaxın zəngilanlı gəncin iştirakı ilə keçirilən tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin sektor müdiri Nərmin Bağırova çıxış edərək dövlət-gənclər siyasətinin mahiyyətindən,respublikada gənclər sahəsində həyata keçirilən işlərdən və bu prosesdə gənclərin fəaliyyətindən danışdılar.Natiqlər bildirdilər ki, Azərbaycan regionda gənclər siyasəti haqqında qanun qəbul edən ilk ölkələrdəndir və bu siyasətin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və bu gün də cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra 2013-cü ildə çalışdıqları sahələrdə yüksək uğur qazanmış bir qrup gənc-Salmanov Ayaz Taryel oğlu, Əsgərova Gülşən Tağı qızı,Səfərli Əsmər Vüqar qızı, Musayev Vüqar Vaqif oğlu, Kərimov Mirzəxan Vidadi oğlu alqış sədaları altında mükafatlandırıldılar.
Elm sahəsində qazandığı uğura görə mükafatlandırılan Ayaz Salmanov gənclərə yaradılmış şərait üçün minnətdarlığını bildirdi və bu gün təqdim olunan mükafatın onların fəaliyyətinin stimullaşdırılmasında xüsusi əhəmiyyətindən danışdı.
Sonra tədbir konsert proqramı ilə davam etdirildi. Respublikanın tanınmış sənətçiləri Xatirə İslam, Gülay Qədirova, İzzət Bağırov, Elton Hüseynəliyev və Sevda Yəhyayeva gəncləri xoş sözlər və dolğun ifaları ilə təbrik etdilər.

Keçidlər